Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Hesablama Palatası dövlət büdcəsinə rəy verib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.
Palatadan verilən xəbərə görə, iclasda Kollegiyanın gündəliyinə çıxarılmış "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”nin, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi”nin və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi”nin layihələrinin rəylərinə baxılıb, ətraflı müzakirə edildikdən sonra təsdiq edilib və müvafiq qaydada Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.
Daha sonra Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.






















































