Xəbər Lenti
Bugün, 12:48
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Bugün, 10:54
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
Bugün, 10:42
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bugün, 10:13
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
5-07-2025, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
5-07-2025, 08:49
Şərqin və Qərbin körpüsü: Azərbaycanın diplomatik tarazlıq strategiyası və sülhə baxış
Bir çox sahələrdə olduğu kimi, sahibkarlar təbəqəsinin formalaşması Azərbaycanın inkişafına çox böyük töhfədir

Sahibkarlara dövlət tərəfindən qayğı var, diqqət var. Bu gün ölkəmizdə kifayət qədər tanınmış, nüfuzlu tikinti şirkətləri var. Bu şirkətlərdən biri də "Şakir" MTK-dır. Tanınmış iş adamı Tural Şakir oğlu Hüseynov "Şakir" MTK-nın rəhbəri kimi işində olduqca məsuliyyətli, dəqiq və dürüstdür. O, öz işinin öhdəsindən məharətlə gəlir. Yüksək insani keyfiyyətləri ilə seçilən Tural bəy peşəkar, xeyirxah iş adamı kimi ehtiyacı olanlara daim kömək edir, onlardan öz dəstəyini, köməyini əsirgəmir. O üzərinə düşən bütün öhdəlikləri bacarıqla, layiqincə yerinə yetirir. Vaxtilə bəzi saytlarda atası tanınmış iş adamı Şakir Hüseynovun adı Çovdarovla birgə çəkilsə də lakin Şakir bəy heç bir qanunsuzluğa yol verməmişdi. Şakir Hüseynov, onun oğlu Tural Hüseynov barəsində bəzi saytlarda xoşagəlməz yazılar dərc olunsa da bunların heç biri həqiqəti əks etdirmir. Atası dünyasını dəyişəndən sonra onun işini oğlu Tural Hüseynov bu gün layiqincə davam etdirir. Tural Hüseynov olduqca mədəni, xeyirxah, ona müraciət edən insanlarla səmimi və xoş rəftarı ilə seçilən şəxslərdəndir. Atasının davamçısı kimi tutduğu vəzifənin öhdəsindən məharətlə gəlir, işində heç bir nöqsana və qüsura yol vermir. Ətrafındakı insanlar, onu tanıyanların hər biri Tural Hüseynov barəsində müsbət fikirdədirlər. Şərəfli peşə sahibi olmaq, xeyirxah insan kimi rəğbət qazanmaq hər bir insanın üçdə arzusudur. Tural bəy də məhz belə şərəfli peşə, xeyirxah, mərd, gözəl qəlbli iş adamıdır. İnsanın keçib gəldiyi ömür yolu onun tale güzgüsüdür. Bu lövhədə hər kəsin arzu-istəklərindən qaynaqlanmış əməllər, özünün və başqalarının həyatında qoyduğu izlər aydın görünür və sahibini olduğu kimi təqdim edir. Bu baxımdan insan həyatının dəyəri təkcə özü üçün etdikləri deyil, həm də yaxın-uzaq çevrəsində tutduğu mövqe, cəmiyyətə göstərdiyi xidmətlərlə ölçülür. Tural bəy də öz dəyərli, layiqli əməlləri, xeyirxahlığı ilə atasının ruhunu şad edir, bir qeyrətli oğul kimi onun işini layiqincə, günlərlə, şərəflə icra edir. Saytlarda dərc olunan xoşagəlməz, ürəkbulandıran, həqiqətə zidd əsassız məlumatlar Tural bəyi heç də həvəsdən salmır. Tural bəy, sizə çətin, məsuliyyətli işinizdə uğurlar, mənalı ömür, tükənməz, həyat eşqi arzulayırıq!
Şamil Cəfər
Yazıçı-publisisr