Xəbər Lenti
26-08-2025, 14:35
Samuxda torpaq qalmaqalı – “6500 dollara aldığım torpaq başqasına satılıb”/ İDDİA-VİDEO FAKT
26-08-2025, 12:13
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev: “Mədəniyyətimizin himayədarı – Mehriban Əliyeva”
25-08-2025, 16:58
DYP avtomobillərin sənədləşdirilməsi üzrə müfəttiş polis mayoru Eldar İbrahimov – “ Peşəkarlığın və səmimiyyətin vəhdəti”
23-08-2025, 09:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri bitirən müdavimlərə sertifikat təqdim olunub
Zəngəzur dəhlizi Cənubi Qafqazda regional əlaqələrin genişləndirilməsi üçün əsas amildir - ECIPE

Zəngəzur dəhlizi, eləcə də Azərbaycanın sayəsində regionda meydana çıxan bir çox digər mühüm infrastruktur layihələri regional əlaqələrin artırılması üçün əsas hərəkətverici qüvvələr kimi çıxış edəcək.
Bunu Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin (ECİPE) baş qeyri-rezident əməkdaşı Tengiz Pxaladze deyib.
Ekspertin fikrincə, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında apardığı genişmiqyaslı bərpa işləri regionun bütün maraqlı tərəfləri üçün bir çox yeni imkanlar açacaq.
"Məsələn, Zəngilan və Füzulidə beynəlxalq hava limanları kimi nəqliyyat qovşaqlarının fəaliyyətə başlaması Cənubi Qafqaz üçün çox vacibdir. Bu marşrutlar Azərbaycanın əlaqələrini artırmaqla yanaşı, həm də ölkənin bu gün təmin etdiyi sabitliyi vurğulayır, hamı üçün yeni imkanlar açır”, - deyə T.Pxaladze bildirib.
T.Pxaladze vurğulayıb ki, bütün bu unikal iqtisadi imkanları reallaşdırmaq üçün təbii ki, ilk növbədə Ermənistanla sülh sazişi əldə etmək lazımdır.
"Zəngəzur dəhlizi layihəsini həyata keçirmək üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində iş başa çatdırılmalıdır və həqiqətən ümid edirəm ki, bu, bütün regionun rifahı naminə tezliklə nəticə verəcək. Mən inanıram ki, region ölkələri və ən əsası, bu ölkələrin biznesləri Cənubi Qafqaza daha çox diqqət yetirəcəklər”, - deyə ekspert yekunda bildirib.