Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Bakıda dövlət müəssisəsinin binasının dəmir məhəccərlərini oğurlayan şəxs saxlanılıb

Sabunçu rayonunda dövlət müəssisələrindən birinin inzibati binasının dəmir məhəccərlərini, habelə kanalizasiya quyularının dəmir qapağını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonunda yerləşən dövlət müəssisələrindən birinin inzibati binasının dəmir məhəccərləri naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə nəticəsində müəssisəyə 5000 min manata yaxın maddi ziyan dəyib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Əli Əliyev saxlanılıb. Aparılan araşdırmalar zamanı onun Sabunçu rayonunda əlavə olaraq 17 ədəd kanalizasiya quyusunun dəmir qapaqlarını oğurladığı da müəyyən edilib. Bundan başqa Əli Əliyev Kürdəxanı, Zabrat və digər ərazilərdə yerləşən ümumilikdə 10 evdən təmir-tikinti və məişət əşyaları oğurladığını bildirib.
Faktlarla bağlı 15- ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.






















































