Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
01 Ara 08:00Manşet / İqtisadiyyat
Kiçik və orta sahibkarların 7 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur
Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) yeddi il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "KOS imkanlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl artım" mövzusunda beynəlxalq tədbirin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı prioritet məsələdir.
"Qlobal iqtisadi çağırışlar fonunda güclü biznes sektorunun yaradılması ölkənin gələcək inkişafına töhfə verir. Onu da qeyd etmək istəyirəm ki, enerji daşıyıcılarının yüksək qiymətləri ölkəyə valyuta cəlb etməyə və makroiqtisadi göstəriciləri gücləndirməyə kömək edir", - deyə nazir bildirib.
M.Cabbarov qeyd edib ki, biznesin inkişafının əsas mexanizmləri sahibkarlığa dövlət dəstəyi, stimullaşdırıcı və güzəştli kreditlərdir.
“Bundan başqa, biz biznes hesabatlarının verilməsi prosedurlarını sadələşdirmişik. Ölkəmiz “Doung Business” sahəsində yüksək göstəricilərə nail olub. Xüsusilə, KOB-u yeddi il müddətinə vergidən azad etməklə biznes imkanlarının genişləndirilməsi planlaşdırılır”, - deyə nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, bu gün ölkədə KOB subyektlərinin sayı 850 mindir.
“Buna dövlətin KOB-a dəstəyi, eləcə də şəffaflığın təmin edilməsi və vergi yığımlarının azaldılması şərait yaradıb", - nazir əlavə edib.
Nazir bildirib ki, 2021-ci ildə KOB subyektləri tərəfindən qeyri-neft məhsullarının ixracı 66 faiz təşkil edib.
"Hər il KOB subyektləri tərəfindən qeyri-neft məhsullarının istehsalı və ixracı bütün göstəricilər üzrə artır. Hökumət onlara dəstəyini davam etdirəcək", - deyə M.Cabbarov əlavə edib.