Xəbər Lenti
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Sumqayıtda yaşayış evində yanğın olub, iki azyaşlı yanaraq ölüb

Sumqayıt şəhərində bir-birinə bitişik tikilən evlərdən (müxtəlif konstruktiv elementlərdən ibarət özbaşına tikililər) ümumi sahəsi 45 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, ümumi sahəsi 60 m² (hər mərtəbəsi 30 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfər azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evlərin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.























































