Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
04 Ara 14:06Mədəniyyət
“Rauf Hacıyev-100” musiqi festivalının ilk tədbiri: “Qafqazlı qardaşqızı”
Mədəniyyət Nazirliyi “Rauf Hacıyev-100” musiqi festivalına start verib. Musiqi festivalı çərçivəsində ilk tədbir kimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Qafqazlı qardaşqızı” operettası təqdim edilib.
AZƏRTAC xəbər verir ki, 1969-cu ildə bəstələnmiş və ilk dəfə tamaşaya qoyulmuş “Qafqazlı qardaşqızı” sovet dönəmində əvvəlcə “Təbəssümünü gizlətmə” adı altında məşhurlaşmışdı və Rauf Hacıyevin yaradıcılığında lirik operetta xəttini davam etdirirdi. Uzun müddət sonra operetta 2015-ci ildə respublikanın Əməkdar artisti, rejissor Əli Usubovun quruluşu əsasında tamaşaya qoyulur və o zamandan etibarən “Qafqazlı qardaşqızı” adı altında teatr repertuarına daxil olur.
Tamaşadan əvvəl Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova festivalı açıq elan edib və “Qafqazlı qardaşqızı” operettası haqqında məlumat verib.
Sonra Mədəniyyət Nazirliyinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva səhnəyə dəvət alıb, musiqi festivalı barədə və Rauf Hacıyevin yaradıcılığı haqqında qısa icmal ilə çıxış edib.
Daha sonra “Rauf Hacıyev-100” musiqi festivalının ilk tədbiri olan “Qafqazlı qardaşqızı” operettası oynanılıb və auditoriyanın alqışları ilə qarşılanıb.
“Qafqazlı qardaşqızı” operettası öz lirik, həyatsevər enerjisi ilə, təravətli, nəfis caz çalarlı və mahnı təbiətli simfocaz səciyyəli üslubu ilə seçilir. Əsəri sevimli edən daha bir cəhət onun lirik təbiətli, məlahətli, sevgi və yumor dolu, yaddaqalan, obrazlarıdır. Tamaşaya əsas milli çaları gətirən, “qafqazlı” və “azərbaycanlı” surətini komik səpgidə təmsil edən obraz - Bəbirli və Bibixanımdır ki, bu obrazlar da daha çox milli rəqs üslublu musiqi ilə müşayiət edilir. Lirik xətlə bağlı olan cütlüklər Arif ilə Lalə, Natəvan ilə Buba ən gözəl, səmimi və parlaq melodiyalarla, nəfis orkestr səslənmələri ilə öz səhnə səciyyəsini tapır.
Tamaşada yaradıcı heyəti rejissor Cavid İmamverdiyev, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov və digərləri təmsil edirlər. Baş rollarda isə Nərgiz Kərimova (Lalə), Nicat Həbibov (Arif), Emil Heydərov (Bəbirli), Mehriban Zalıyeva (Natəvan), Rauf Babayev (Buba), Svetlana Bulax (Bibixanım), Boris Qrafkin (Rüstəmov), Əliməmməd Novruzov (Hətəmov), Firuz Məmmədov (Cavanşirov) oynayırlar.
Sonda rejissor, professor Əli Usubov, R.Hacıyevin ailə üzvləri və əsər üzərində çalışmış yaradıcı heyət səhnəyə dəvət edilib, kollektiv foto çəkdirilib.
Qeyd edək ki, bu il mayın 15-də görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi tamam olub. Görkəmli bəstəkarın yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.