Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
17 Ara 16:43Mədəniyyət
Natiq Əliyev: “Birlik ulduzları” mükafatı yeni yaradıcılıq ideyaları üçün motivasiyadır
“Birlik ulduzları” Dövlətlərarası mükafat məndən ötrü yeni yaradıcılıq ideyaları üçün güclü motivasiya olub. Mən bu mükafatı böyük sevinc və minnətdarlıqla qəbul etdim. O, yeni ideyalara ruhlandırır, enerji və stimul verir. Bu mükafatı öz gərgin əməyimə görə aldığım çoxsaylı mükafatların ən qiymətlisi hesab edirəm”.
Dünyaşöhrətli azərbaycanlı heykəltaraş, Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordenli Natiq Əliyev bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib. Bu günlərdə Daşkənddə MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XV Forumunda ona mədəniyyət və incəsənət sahəsində verdiyi böyük töhfələrə və qazandığı nailiyyətlərə görə “Birlik ulduzları” Dövlətlərarası mükafatı təqdim edilib.
“Birlik ulduzları” MDB-də humanitar sahədə əsas mükafatdır. 2009-cu ildə MDB Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilmiş bu mükafat MDB dövlətlərinin nümayəndələrinə hər il humanitar fəaliyyət sahəsində dünya miqyaslı nailiyyətlər səviyyəsinə uyğun olan və MDB iştirakçısı olan ölkələrin hər birinin, eləcə də bütövlükdə Birliyin inkişafına şərait yaradan ən sanballı uğurlara görə verilir.
N.Əliyev deyib: “Forumda görkəmli yaradıcı şəxsiyyətlər çox idi. Onlardan bəzilərini şəxsən tanıyırdım, bəziləri ilə qiyabi tanış idim, orada onlarla ünsiyyət saxlamaq, fikir mübadiləsi aparmaq imkanı yarandı. Mən Surikov institutunun rektoru Anatoli Lyubavinin, Özbəkistan Rəssamlıq Akademiyasının direktoru Akmal Nuridinovun, məşhur heykəltaraş İqor Burqanovun şəxsində çoxlu yeni dostlar qazandım. İqor Aleksandroviç mənə yaxınlaşıb dedi ki, mənim işlərimlə yaxşı tanışdır. O, məni böyük sənətkar adlandırdı və birgə işləməyi təklif etdi. Belə insanlarla ünsiyyət mənə güclü təsir bağışladı, fikrimdə yeni yaradıcılıq ideyaları əmələ gəldi. Bundan sonra yeni qüvvə ilə yaradacağam, bundan mənəvi məmnuniyyət qazanacağam, insanları sevindirəcəyəm”.
Natiq Əliyevin monumental əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində ucaldılıb.
Onun 1990-cı ildə heykəltaraş Rahib Həsənovla birgə yaratdığı Əliağa Vahidin abidəsi bir sıra məziyyətlərinə görə Azərbaycan heykəltaraşlıq sənətində əlamətdar hadisə kimi qəbul edilib.
Natiq Əliyev Ümummilli Lider Heydər Əliyevin bir neçə abidəsinin, o cümlədən xaricdə - Kiyev, Tbilisi, Həştərxan və Belqradda ucaldılmış abidələrinin, Həştərxanda knyaz Vladimirin böyük (pyedestaldan yuxarı hissəsinin hündürlüyü 4,5 metr olan) abidəsinin, Bakıda böyük rumın bəstəkarı Corce Yeneskunun abidəsinin, Şəkidə dünyaşöhrətli norveçli arxeoloq və səyyah Tur Heyerdalın büstünün, yenə Şəkidə şair Bəxtiyar Vahabzadənin heykəlinin, Bakıda memar Zivərbəy Əhmədbəyovun və bəstəkar V.A.Motsartın, Belqradda serb yazıçısı Milorad Paviçin, Serbiyanın Novi-Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin, Ankara, Sarayevo, Mexiko və Qızılca Hamam (Türkiyə) şəhərlərində Xocalı soyqırımı qurbanlarının, Podqoritse şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin, “Bakı-Həştərxan” dostluq abidəsinin müəllifidir.
Memorial heykəltaraşlıq janrı Natiq Əliyevin yaradıcılığında xüsusi yer tutur. Onun yaratdığı heykəltaraşlıq nümunələri Bakıda Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə, Hüseyn Rəsulbəyov, Afiyəddin Cəlilov, Lətif İmanov, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Əli Tudə, Cabir Novruz, Nəsrulla Nəsrullayev, Zeynal Cabbarzadə, Amaliya Pənahovanın yaşadıqları binalara vurulmuş memorial xatirə lövhələrinin bəzəyidir.
İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz, Bəşir Səfəroğlu, Osman Mirzəyev, Habil Əliyev, Zəlimxan Yaqub, Cavad Heyət, Cəlal Əliyev, Rəfiqə Əliyeva, Amaliya Pənahova, Fikrət Qoca, Musa Yaqub və Aydın Balayevin qəbirüstü abidələrinin də müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Xalq rəssamına yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy, onun zehninin və əllərinin yaratdıqları həm Azərbaycanın, həm də qardaş ölkələrin parklarını və bağlarını bəzəsin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
1