Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
17 Ara 16:45Mədəniyyət
Vyanada görkəmli musiqişünas Elmira Abasovanın xatirəsi anılıb
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan musiqişünası, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın 90 illik yubileyinə həsr olunmuş “Musiqiyə həsr olunmuş ömür” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Culture Meeting Point” mədəniyyət təşkilatının təşəbbüsü və Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Akademik Birliyinin iştirakı ilə keçirilən tədbirdə musiqisevərlər, Avstriya ictimaiyyətinin nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Tədbirdə “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova, Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, musiqiçi-pedaqoq Kəmalə Əhmədova və görkəmli musiqişünasın qızı Kəminə Məmmədova çıxış ediblər.
Çıxışlarda 1977-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş görkəmli musiqişünasın Azərbaycanda musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Qeyd edilib ki, E.Abasova Azərbaycanın musiqi mədəniyyətinə dair bir sıra sanballı elmi araşdırmaların, monoqrafiyaların, kitab və məqalələrin müəllifidir. Onun elmi fəaliyyətinin böyük hissəsi Üzeyir Hacıbəylinin yaradıcılığının öyrənilməsinə həsr olunub. Alim tədqiqatlarında Ü.Hacıbəylinin əsərlərinin musiqi, dramatik və üslub xüsusiyyətlərini işıqlandırır, bəstəkarın simfonik təfəkkür metodunu üzə çıxarır.
Həmçinin bildirilib ki, Ü.Hacıbəylinin yaradıcılığı ictimai və mədəni qayəsi çoxşaxəlidir, dahi şəxsiyyətin irsi filosoflar, filoloqlar, dramaturqlar, jurnalistlər, kulturoloqlar, musiqişünaslar tərəfindən öyrənilməkdə davam edir. Bununla belə, bəstəkar Ü.Hacıbəylinin yaradıcılığı daha çox musiqişünaslığın obyekti kimi qavranılır. Təsadüfi deyil ki, Azərbaycan musiqişünaslığında 20-ci əsr boyunca Ü.Hacıbəyli musiqisini tədqiq edən musiqişünas nəsilləri yaranmışdır: Əfrasiyab Bədəlbəyli, Xurşid Ağayeva, Qubad Qasımov, Elmira Abasova, Zemfira Səfərova, İzabella Abezqauz, Xanlar Məlikov, Zemfira Qafarova və s. E.Abasova hələ sovetlər dönəmində Ü.Hacbəyli yaradıcılığı üzrə ən tanınmış mütəxəssislərdən biri kimi tanınırdı.
Diqqətə çatdırılıb ki, E.Abasovanın elmi-pedaqoji fəaliyyəti çoxşaxəli olub. Buraya musiqi tədrisi və maarifçiliyindən tutmuş musiqi sahəsində jurnalist yaradıcılığı, müəllimlik, tədrisin idarə edilməsi və ictimai-təbliğat musiqi fəaliyyəti daxildir.
Çıxışlardan sonra E.Abasovanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş olunub.
Sonra Avstriyada yaşayan gənc musiqiçilər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə çıxış ediblər.