Menu
Xəbər Lenti
İstanbulda zəlzələ oldu
21-05-2025, 07:13

İstanbulda zəlzələ oldu

Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

28 Ara 20:09Mədəniyyət

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milli Kitabxanada olub

Dekabrın 28-də Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa Milli Kitabxanada olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hər il Latviyanın Bakıdakı səfirliyinin əməkdaşları Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərən “Beynəlxalq əməkdaşlıq zalı”nda Latviyaya aid guşəni ziyarət edərək ora kitablar hədiyyə edirlər və bu, artıq ənənə halını alıb. Bu il də kitabxananın qonağı olan Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Viya Buşa bu ənənəni davam etdirərək, Milli Kitabxanaya Latviya Respublikasının ədəbiyyatını, tarixini, mədəniyyətini və s. əks etdirən kitablar hədiyyə edib. Xanım Viya Buşa Milli Kitabxananın direktoru, professor Kərim Tahirova “Zinātniskie raksti.5” (XV), “Zinātniskie raksti.7” (XXVII), “Zinātniskie raksti.8” (XXVIII), “Grāmata Latvijai ārpus Latvijas: Kolektīvā monogrāfija”, “Latvijas teritorija agrīni modernā laikmeta politiskajā dimensijā 16.-18”. “Gadsimtā” və s. kitabları hədiyyə edib. Kitabxananın direktoru professor Kərim Tahirov da öz növbəsində qonağa Azərbaycan və ingilis dillərində nəşr olunan “Daş keşikçiləri”, “Qədim qalanın yuxuları” və “Karabakh by the roads of victory” adlı kitabları hədiyyə edib.

Söhbət zamanı Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa ötən əsrin əvvəllərində Azərbaycanda təsis olunan və latış dilində tədris verən məktəb və onun fəaliyyəti barədə söhbət açıb və məktəb barədə lazımi məlumatların toplanmasını və Milli Kitabxana ilə birgə sərgi hazırlanmasını təklif edib.

Kitabxananın direktoru məmnuniyyətlə belə bir layihənin 2023-cü ildə reallaşmasına hərtərəfli dəstək verəcəklərini bildirib.