Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

10 Ock 20:44Mədəniyyət

Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü görüb

Dövlət Tərcümə Mərkəzinin klassik Azərbaycan ədəbiyyatının beynəlxalq fikir müstəvisində təbliği istiqamətində fransız dilində ərsəyə gətirdiyi “Les Nous divins s'ourrent sur ton visage – Imadeddin Nassimi” (“Haqq yolu mən özüm oldum – İmadəddin Nəsimi”) kitabı Fransada nəşr olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Parisin məşhur “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında çap olunmuş kitaba dahi şairin 200-dən çox qəzəli, tuyuq və rübailəri daxil edilib. Əsərlərdə istifadə olunan bəzi mürəkkəb söz və ifadələr izah və şərhlərlə verilib.

Nəsiminin həyat və yaradıcılığını əks etdirən “Ön söz”ün və əsərlərin fransız dilinə tərcümə müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyak, izah və şərhlərin müəllifi Püstə Axundovadır.