Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

16 Ock 15:01Mədəniyyət

Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında

Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş “Mən tələsmirəm” və “Əyilmə!” şeirlərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru ədəbiyyatşünas alman alimi Kerstin Krapsdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.