Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

13 Ock 16:28Mədəniyyət

Bakıda “Suşini sevirəm” adlı sərgi açılacaq

Yanvarın 14-dən 22-dək Daş Salnamə Muzeyində Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Suşini sevirəm” adlı sərgi açılacaq.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, “Suşini sevirəm” sərgisində Yaponiyanın tarixi və mədəniyyətinin bir hissəsinə toxunmaqla yanaşı, təkcə Yaponiyada deyil, bütün dünyada sevilən suşinin füsunkarlığı, balıq fiqurları, təamların nümunələri, videolar və interaktiv görüntülər nümayiş olunaraq çoxşaxəli şəkildə ziyarətçilərə təqdim olunacaq.

Qeyd edək ki, UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilən suşi (vaşyoku) Yaponiya mətbəxində əsas rol oynayır və gözəlliyi, dadı, həmçinin sağlam qida baxımından dünyanın bir çox ölkələrində sevilərək, tanınır. 1000 ildən çox tarixi olan suşi Yaponiyanın təbiətinə, iqliminə və həyat tərzinə uyğun olaraq unikal dəyişikliyə məruz qalıb. 200 il əvvəl Edo dövründə ilk olaraq “nigari-zuşi” yaranıb.