Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

15 Ock 18:53Mədəniyyət

Azərbaycanlı ifaçı ən yüksək kateqoriyalı üç fleytaçıdan biri olub

Parisdəki Alfred Cortot adına Musiqi Məktəbində (Ecole Normale de Musique de Paris “Alfred Cortot”) təhsil alan azərbaycanlı fleyta ifaçısı Ağarəhim Quliyev Berlin Filarmonik Orkestrinin solisti Emanuel Pahudun ustad dərsində ən yüksək kateqoriyalı üç ifaçıdan biri olub.

AZƏRTAC xəbər verir ki, məktəbin konsert zalında keçirilmiş ustad dərsində Ağarəhim Quliyev fleyta repertuarının ən çətin əsərlərindən olan S.Prokofyevin “Fleyta üçün sonata”sını ifa edib. Azərbaycanlı tələbənin ifası fransız tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Emmanuel Pahud Berlin Filarmonik Orkestrinin birinci fleytaçısıdır. Onun albomları “Warner Classics”, “Erato”, “Deutsche Grammophon” kimi məşhur səsyazma studiyalarında yazılıb.

Qeyd edək ki, Prezident təqaüdçüsü və mükafatçısı Ağarəhim Quliyev Parisdə “Alfred Cortot” adına Musiqi Məktəbində təhsilini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad o