Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

18 Ock 15:01Mədəniyyət

“Annie” animasiya mükafatının namizədləri elan edilib

50-ci “Annie” animasiya mükafatına iddialı olanların siyahısı açıqlanıb.

AZƏRTAC kulturomania.ru saytına istinadla xəbər verir ki, qeyd olunanların sayına görə “Pinokkio Gilyermo del Toro”, “Marsel, ayaqqabıdakı balıqqulağı” filmləri lider olub.

“Ən yaxşı cizgi filmi” nominasiyasına “Mən qızarıram”, “Çəkməli pişik: Son arzu”, “Pis oğlanlar”, “Vendell və Vayld”, “Dəniz bədheybəti” animasiya filmləri daxildir. Mükafat uğrunda "Ən yaxşı müstəqil layihə" nominasiyasında isə "Marsel", "Əfsanənin doğulması", "Kiçik Nikolas" yarışacaq.

Münsiflər heyəti dublyajda ən yaxşı aktyor işi nominasiyası üzrə nominantları da seçib. Onların arasında Devid Bredli və Qreqori Mann ("Pinokkio"), Vaqner Moura ("Çəkməli pişik"), Cenni Sleyt ("Marsel") yer alıb.

Qeyd edək ki, “Annie” animasiya filmlərinin mükafatlandırma mərasimi fevralın 25-də keçiriləcək.