Menu
Xəbər Lenti
Bakıda ev yanıb
27-04-2024, 09:30

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

19 Ock 15:48Mədəniyyət

Unutmayaq, unutdurmayaq!

20 Yanvar hadisələrinin xalqın tarixi yaddaşında həkk olunmasında mədəniyyətin rolu danılmazdır. Bu şanlı tarixi gələcək nəsillərə olduğu kimi çatdırmaq və unutdurmamaq məqsədi ilə yanvarın 19-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin mənzil-muzeyi ilə birlikdə 20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunan “Unutmayaq, unutdurmayaq!” adlı tədbir keçirilib. Tədbirdə muzey rəhbərləri və əməkdaşları, Zərifə Əliyeva adına liseyin şagird və müəllim kollektivi iştirak ediblər.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində 20 Yanvar hadisəsindən və Mstislav Rostropoviçin xalqımızın başına gətirilən bəlalara biganə qalmamasından, Şəhidlər xiyabanı, qaçqın düşərgələrinə etdiyi ziyarətlərdən bəhs edilib və videoçarx təqdim olunub.

Qeyd edilib ki, bu gün Azərbaycan xalqı 20 Yanvar hadisələrini qalib xalq kimi ansa da, baş verənlər və şəhidlərimiz heç vaxt unudulmur.

Tədbir bədii hissə ilə davam edib. Muzeyin səhnəsində Abdulla Şaiqin mənzil-muzeyinin yanında fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri tərəfindən “Bir eşq hekayəsi” adlı poetik kompozisiya nümayiş olunub. Tədbir uşaqların səsləndirdiyi “Qərənfil”, “Səninləyəm Azərbaycan”, “Şəhidlər”, “Bayatılar” kimi şeirlərlə davam edib.

Sonda “Vətən” yaradıcılıq dərnəyinin üzvləri L.və M.Rostropoviçlərin ev-muzeyinin rəhbərliyi tərəfindən təşəkkürnamələrlə mükafatlandırılıblar.