Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

21 Ock 18:13Mədəniyyət

Qadın hüquqlarının müdafiəçisi - “Medeya”

Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Evripidin “Medeya” əsəri əsasında hazırlanan eyniadlı monotamaşa növbəti dəfə nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva, işıq üzrə rəssamı Rafael Həsənovdur.

“Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.

Qeyd edək ki, Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, eləcə də şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, həmçinin qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən üsyankara çevrilir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.