Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
22 Ock 05:26Mədəniyyət
Zəlimxan Yaqubun xatirəsi şairin məzarı önündə anılıb
Yanvarın 21-də Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu il də doğmaları ilə yanaşı, ölkəmizin görkəmli elm və sənət adamları, dövlət xadimləri, dostları və yaxınları, sadiq oxucuları doğum günündə böyük söz ustadının Fəxri xiyabandakı məzarı üstünə gül-çiçək dəstələri qoyaraq xatirəsini anıblar.
Görkəmli dövlət xadimi və tarixçi alim Həsən Həsənov, Zəlimxan Yaqub ədəbi irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, pedaqoji elmlər doktoru, professor Vidadi Orucov, istefada olan polkovnik, siyasi şərhçi Elşad Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Ramiz Göyüşov və Səməndər Məmmədov Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı özünəməxsus yerindən və əvəzsiz xidmətlərindən, böyük söz ustadı olmaqla yanaşı, həm də ictimai xadim kimi ölkədə yüksək nüfuza malik olmasından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Xalq şairinin oğlu Bəhlul Yaqubov çıxışında atasının sağlığında xalqın böyük rəğbətini qazanmaqla yanaşı, dövlət tərəfindən də layiqincə qiymətləndirildiyini minnətdarlıq hissi ilə xatırladıb, doğum günü tədbirinə qatılanlara ailə adından təşəkkürünü bildirib.