Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
05 Şub 20:45Mədəniyyət
Ulu Öndərin 100 illiyinə həsr olunan IX “Gəncliyin səsi” festivalı davam edir
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 1-8-də keçirilən IX “Gəncliyin səsi” festivalı rəngarəng konsert proqramları, tamaşa nümayişləri ilə davam edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, fevralın 4-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan möhtəşəm konsert keçirilib.
Heydər Əliyev Sarayında gerçəkləşən konsert proqramında gənclər tərəfindən Ulu Öndərin sevdiyi əsərlər ifa olunub, mahnılar səsləndirilib.
Konsertdə, həmçinin Ümummilli Liderin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib.
Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Avanqard” Kamera Orkestri və “DanceAbility” Azərbaycan” inklüziv rəqs şirkətinin heyətləri, eləcə də “Aynabənd” rok qrupu və Nicat Aslanovun caz kvarteti çıxış ediblər.
Gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, xanəndələr Yusif Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli, Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, Mais Muradov (balaban), İsmayıl Zülfüqarov, Fərid Atazadə (tarzən), Fərrux Haşımlı (kamança) və başqaları rəngarəng çıxışlarla tamaşaçıların rəğbətini qazanıblar.
Gecədə Fərəc Qarayevin "Qobustan kölgələri" baletindən fraqment, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından Leyli və Məcnunun dueti ("Ah eylədiyim"), Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı musiqidən fraqment, Azər Dadaşovun "Yuxu" filminə bəstələdiyi musiqidən parça, Rauf Hacıyevin "Ordan-burdan" operettasından fraqment və digər əsərlər təqdim edilib.