Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

14 Şub 18:12Mədəniyyət

Turizm sahəsində qrant alanlar istifadə etmədikləri məbləği geri qaytarmayacaqlar

Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda edilən dəyişikliyə əsasən Azərbaycanda turizm sahəsində keçirilən müsabiqə üzrə qrant alanlar istifadə edilməmiş məbləği donora qaytarmayacaqlar.

AZƏRTAC xəbər verir ki, qeyd edilən qaydanın layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ donorun hesabına qaytarılmalı olduğunu göstərilən 6.7-ci maddəsi ləğv edilib.

Bundan əlavə, həmin sənədin 5.6-cı maddəsi də ləğv edilib ki, bununla da layihə üzrə ayrılan qrant vəsaitindən sub-qrantların ayrılmasına yol verilməməsi qüvvədən düşüb.

“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda, həmçinin apellyasiya şikayətlərinin verilməsi müddəti də uzadılıb. Bununla bağlı olan 4.12-ci maddə dəyişdirilərək müraciət müddəti 10 gündən 10 iş gününə qaldırılıb.