“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Bakıda tüğyan edən qrip koronavirusdur? - HƏKİM AÇIQLADI
Son günlərdə insanlar arasında tüğyan edən xəstəliyin kimisi koronavirusun omikron ştammı, kimisi də yeni virus növü olduğunu iddia edir.
Hazırda virusa yoluxan insanlarda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri ilə xəstələnmə halları müşahidə edilir.
Maraqlıdır, görəsən, bu virus necə adlanır?
Məsələ ilə bağlı həkim Adil Qeybulla açıqlamasında bildirib ki, pandemiyadan əvvəl hər ilin bu aylarında soyuqdəymə xəstəlikləri artırdı.
Onun sözlərinə görə, soyuqdəymə xəstəliklərinin əmələ gəlməsində qrip, adena viruslar, yuxarı tənəffüs yollarında parazitlik edən xeyli viruslar rol oynayırdı:
“Hazırda pandemiya bitsə də, yenidən bu virusun alovlanması mümkün deyil. Çünki vaksinasiya və insanların immunitet sisteminin güclənməsi infeksiya zəncirini qırıb. Amma hələ də epidemik ocaqlar var. Omikron ştammı mutasiyaya uğrayan son ştamm deyil. Mutasiya prosesi hələ də davam edir. Məhz bu səbəbdən yoluxma halları da müşahidə edilir. Hesab edirəm ki, epidemioloji vəziyyətin tamamilə bitdiyini düşünmək düzgün deyil. Ona görə də insanlar koronavirusa yoluxduqları zaman əldə etdikləri təcrübələrdən yararlanmalı, özlərini qorumalıdırlar”.