Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
03 Ekm 18:16Siyasət
Şefik Caferoviç İlham Əliyevi təbrik etdi

2018-2022-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şefik Caferoviç Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.
Təbrikdə deyilir:
“Zati-aliləri!
Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunması münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Bu, Cənubi Qafqazda ədalət, sabitlik və bütün xalqların rifahı üçün əsas şərt idi. Qarabağ Azərbaycana məxsusdur və daim onun bir hissəsi olacaqdır.
Cənab Prezident, Azərbaycanın Bosniya və Herseqovina ilə münasibətlərinin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizinlə 2024-cü ilin martında XI Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə gözləyirəm”.






















































