Menu
Xəbər Lenti
Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

13 Ekm 13:16Siyasət

"Rusiya sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır" - Putin

"Rusiya sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır" - Putin

"Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır".
TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. 
"Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır və danışıqlara Moskvada ev sahibliyi edə bilər", - deyə Rusiya lideri MDB-nin iclasında qeyd edib. 
Rusiya dövlət başçısı qeyd edib ki, istənilən formatda danışıqlar aparıla bilər: "Gündəmdə bu uzun müddətdir davam edən münaqişəyə son qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi əlbəttə ki, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır. Xüsusilə, biz danışıqların Moskvada təşkili ilə bağlı razılığa gəldik.
"Lazım gələrsə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ekspertləri formatında başlamaq üçün və əlbəttə ki, biz bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik. Seçim həmişə müvafiq ölkədən asılıdır, biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq".