Xəbər Lenti
Bugün, 09:41
Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
29-04-2024, 14:44
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
29-04-2024, 11:33
Azərbaycançılıq idealogiyasının yaradıcısı və banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanda güc strukturunu yaratmışdır -Könül Nəbizadə
29-04-2024, 07:50
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
28-04-2024, 12:05
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
06 Şub 16:01Siyasət
Britaniyanın dövlət naziri Ermənistanın normallaşma prosesinə yaratdığı maneələr barədə məlumatlandırılıb
Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə ediblər.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluğunu bildirən nazir Ceyhun Bayramov rəsmi təmasların və səfərlərin əhəmiyyət daşıdığını qeyd edib. Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib. Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb.
Ermənistanın öhdəliklərə riayət etməməsi, habelə postmünaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar, sülh sazişi üzrə sonuncu Moskva görüşünü boykot etməsi barədə qarşı tərəf məlumatlandırılıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi normallaşma prosesində maraqlı olduğu vurğulanıb.
Dövlət naziri Leo Dokerti öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, başsağlığı diləklərini çatdırıb. O, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının, danışıqların bərpa olunmasının vacib olduğunu bildirib.
Daha sonra nazirlər ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparıblar.