Xəbər Lenti
Bugün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
26 Şub 19:58Siyasət
Məhəmməd Süleyman Əl-Casir: İslam İnkişaf Bankı Azərbaycanın bu təşkilata üzvlüyü ilə fəxr hissi keçirir
İslam İnkişaf Bankı Azərbaycanın bu təşkilata üzvlüyü ilə fəxr hissi keçirir. Azərbaycan həmişə fəal iştirakçı olmaqla qurumun fəaliyyətinə böyük töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.
Həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini vurğulayan qonaq əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Məhəmməd Süleyman Əl-Casir bildirib ki, İslam İnkişaf Bankı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində perspektiv layihələrə də maraq göstərir. Onun sözlərinə görə, gələcəkdə ticarət və investisiya sahələrində əməkdaşlığın həyata keçirilməsi mümkündür. Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən “Elektron hökumət” sahəsində əldə etdiyi uğurlu təcrübə bank tərəfindən digər ölkələrdə də tətbiq oluna bilər.