Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

06 Ara 18:12---

“Bakı Ayaqqabı Fabriki”nin investoru müəyyənləşib

Ölkənin yüngül sənaye sektorunda fəaliyyət göstərən daha bir istehsal müəssisəsinin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən uğurla yekunlaşıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 17-də elan olunan “Bakı Ayaqqabı Fabriki” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi iştirakçıların təkliflərinin təhlili aparıldıqdan sonra daha əlverişli şərtlər təklif edən “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC olub.

Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, 2,5 il ərzində müəssisədə 5,5 milyon manatlıq İnvestisiya Proqramının icrasına dair öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların alınması, tikililərin təmiri və yenidən qurulması, müəssisənin xammal bazasının artırılması, infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.

İnvestisiya Proqramının icrası nəticəsində 110 yeni iş yerinin yaradılması, müəssisənin əsas xammal bazasını təşkil edən dərilərin alınması sahəsində yerli istehsalçılarla əməkdaşlığın qurulması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin