Menu
Xəbər Lenti
İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

02 Ock 17:09Cəmiyyət

Qusar rayonunda meyvə anbarında fitosanitar monitorinq aparılıb

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xaçmaz regional bölməsinin fitosanitar müfəttişləri mövsümə uyğun olaraq, Qusar rayonunun Həsənqala kəndində yerləşən "Qrant Garden" MMC-yə məxsus tutumu 3 min 250 ton olan meyvə anbarında fitosanitar monitorinq həyata keçiriblər.

Monitorinq zamanı anbarda saxlanılan müxtəlif alma növlərindən nümunələr götürülüb və həmin məhsullar üzərində laborator müayinələr aparılıb.

Müayinələr nəticəsində anbarda saxlanılan məhsulda hər hansı bir zərərli orqanizmin mövcud olmadığı müəyyən edilib.