Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 11:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 12:33

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 08:26

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 08:05

17 yolda tıxac var - Siyahı

16 Eyl 18:11Dünya

Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər

Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər

Ermənistanda bir neçə şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, fırıldaqçılıqla məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında Ermənistanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşları da var.
Belə ki, Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan 2019-2021-ci illərdə “dasaran.am” saytının təsisçisi Suren Aloyan ilə əlbir olaraq, eləcə də, Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları K.P. və A.A.-nın yardımı ilə satınalma sənədlərinə yanlış məlumatlar daxil edərək, dövlətdən 106,3 milyon dram (270 min dollar) oğurluq edib.
Qeyd olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.