Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
03 Şub 02:47Dünya
Bosniya və Herseqovinada böyük ehtiyata malik qızıl yatağı aşkarlanıb
Bosniya və Herseqovinanın Yayce şəhəri yaxınlığındakı Yezero bələdiyyəsinin ərazisində böyük ehtiyata malik qızıl yatağı aşkar olunub.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinada fəaliyyət göstərən “Lykos Balkan Metals” şirkətinin baş direktoru Miloş Bosnyakoviç geoloji tədqiqatlara əsaslanan laboratoriya nəticələrinə görə, dünyada məşhur qızıl ehtiyatlarının orta göstəricisini aşan zəngin qızıl ehtiyatı aşkar olunduğunu açıqlayıb. Yezero bələdiyyəsinin üç bölgəsində 60 metrə qədər dərinlikdə hər ton üçün 27,5 qrama qədər olan qızılın yüksək tərkibi, hətta dünyada məşhur qızıl mədənləri üçün də qeyri-adi dərəcədə yüksək tərkibdə malik ehtiyat təsdiq edilib. Hazırda tədqiqatın ilkin mərhələsi aparılır.
Şirkətin məlumatına görə, bu nəticələr bütün Balkan regionunda, eləcə də Bosniya və Herseqovinada ən yaxşılardan biri sayıla bilər. Cari il ərzində şirkət təkcə Yezero bələdiyyəsində tədqiqat və hasilat işlərinə 30 milyon avrodan çox investisiya yatıracaq.