Menu
Xəbər Lenti
17 Kas 09:35Manşet / Gündəm / Sosial

Tanınmış Aparıcı Fidan Əliyeva “Zəfər Günü” Ilə Bağlı “Hər Ürək Bir Dünyadır” Adlı Möhtəşəm Bir Tədbir Etdi

 

Xəbəral.az xəbər verir ki, Bakı şəhər restoranlarının birində “Zəfər günü” ilə bağlı “Hər ürək bir dünyadır” devizi ilə silsilə şəkildə keçirilən tədbir məhz şəhid və qazi ailələrinə həsr edilmşdir.Tədbir Azərbaycan Savat Federasiyasının mətbuat rəhbəri aparıcı ,təşkilatçı Fidan Oruc Əliyeva və təşkilatçı Ellada Əmiraslanova tərəfindən keçirilmişdir. Neşvə restoranının rəhbəri Eldar Rəfiyev və The maiden Tower parfumunun dəstəyi ilə baş tutan tədbirdə şəhid və qazi ailələri ilə yanaşı hörmətli millət vəkilləri Vüqar İskəndərov,Kamilə Əliyeva ,Ceyhun Məmmədov ,Həyat Fondunun rəhbəri,xeyriyyəçi Hacı Nuran Hüseynov, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi , zəfər carçımız, “Qələbə Paradı “ssenari müəllifi ,palkovnik Abdulla Qurbani kimi fəxri qonaqlar iştirak etmişdir.Bundan başqa tanınmış müğənnilər, media,incəsənət nümayəndələri iştirakı ilə tədbirə xüsusi bir rəng qatmışdır.

Xəbəral.az