Menu
Xəbər Lenti
12 Ara 08:54Manşet / Gündəm / Siyasət

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləş-mob keçirilib

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 12 dekabr - ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı fləş-mob keçirilib.

Fləş-mobda işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmış və Bakı şəhərində yerləşən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin müxtəlif yaş, cins və peşə kateqoriyalarından olan mindən çox sakini iştirak edib.

Videoçarxda ümummilli lider Heydər Əliyevin soydaşlarımızla görüşlərindən olan görüntülər yer alıb.

Fləş-mobdan hazırlanmış videoçarxı təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın