Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

12 Ara 11:40Manşet / Siyasət

Region gəncləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad edib

 

Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsasını qoymuş, hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin bütün məsələlərini daim diqqət mərkəzində saxlamış, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə böyük əhəmiyyət vermiş görkəmli şəxsiyyət, xalqımızın dahi övladı Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Region gəncləri tərəfindən Anım Günündə silsilə tədbirlər keçirilib, Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.


Qeyd edək ki, Respublikamızda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 55 şəhər və rayonda fəaliyyət göstərən regional nümayəndəlik və bölmələrinin təşkilatçılığı ilə müxtəlif anım tədbirləri baş tutub.


Belə ki, gənclər ilk olaraq, Ümummilli Lider Heydər Əliyevin şəhər və rayon mərkəzlərində ucaldılmış abidəsini ziyarət edərək, Ulu Öndərə öz dərin sevgi və ehtiramlarını ifadə ediblər. Rayon rəsmiləri və tarixçilərin iştirakı ilə təşkil olunan dəyirmi masalar və konfranslarda Ulu Öndərin siyasi fəaliyyəti, azərbaycançılıq məfkurəsi barədə gənclər məlumatlandırılıb.


Şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərindəki muzeylərə ekskursiyalar təşkil edilib, gənclərə muzeydəki eksponatlar, Ulu Öndərin həyat yolu haqqında məlumat verilib.


Gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmiş qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Heydər Əliyev – Vətənin keşiyində”, “Xilaskar ömrü”, “Dahi şəxsiyyət”, “Ulu Öndər”, “Dahi azərbaycanlı”, “Unudulmaz gün”, “Əsl məhəbbət haqqında”, “Azərbaycan xalqının xilaskarı”, “Heydər Əliyev-Dünyaya pəncərə” filmləri gənclər tərəfindən maraqla izlənilib.


Biz Azərbaycan gəncləri olaraq sevinc hissi ilə deyə bilərik ki, “Heydər Əliyev İli”ndə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin bütövlüyünə qovuşmasında payımız olduğuna görə çox qürurluyuq!


 









 

Çingiz Mahmudoğlu

AJB-nin üzvü