Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

24 Ekm 16:58Manşet / Cəmiyyət

Şəhid Orucov Bayram Çərkəz oğlunun ildönümü qeyd olundu

Şəhid Orucov Bayram Çərkəz oğlunun ildönümü qeyd olundu

44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Alpout kəndindən olan Orucov Bayram Çərkəz oğlunun ikinci ildönümü məzarı önündə qeyd olundu.
Tədbir iştirakçıları əvvəlcə şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Sonra şəhidin təhsil aldığı Alpout kənd tam orta məktəbin Bayram Orucov adlandırılan sinfinə keçərək məktəblilərlə görüşülmüş, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş və şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılmışdır.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Xatırladaq ki, şəhid Bayram Orucov 17.02.2001-ci il tarixdə Göyçay rayonu Alpout kəndində anadan olmuşdur. 05.04.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 23 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.