Menu
Xəbər Lenti
12 Ara 02:52Dünya

Duman və qar Londonda onlarca aviareysin təxirə salınmasına səbəb olub

Bazar günü dumanlı və qarlı hava London aeroportlarının işində, İngiltərənin avtomobil və dəmir yollarında hərəkətə təsir edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bazar günü Londonun üç aeroportunda onlarca aviareys təxirə salınıb. “Heathrow” aeroportunda 50-dək reys təxirə salınıb. Həmçinin “Gatwick” (təqribən 30 reys təxirə salınıb) və “Stansted” aeroportları fəaliyyətini müvəqqəti dayandırıb. Londonun cənubunda yerləşən “Gatwick” aeroportuna pis hava şəraiti ilə əlaqədar yaranan gecikmələr səbəbindən qatarla getmək çətin olub.

Kral Avtomobil Klubunun məlumatına görə, havanın yaxşı olduğu günlərlə müqayisədə yolda yardım çağırışları 65 faizədək artıb.

Proqnoza görə, qar bütün gecəni yağacaq və dekabrın 12-də səhər dayanacaq.

Birləşmiş Krallığın Meteoroloji xidməti hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır