Menu
Xəbər Lenti
23 Ock 15:22Mədəniyyət

Rusiyanın Xalq artistinin Bakıda ustad dərsləri

Yanvarın 23-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəfəs və zərb alətləri kafedrasının müdiri, Rusiyanın Xalq artisti, Y.A.Başmetin rəhbərlik etdiyi Ümumrusiya Gənclər Simfonik Orkestrinin solisti, hazırda fəaliyyətini Tbilisi şəhərində davam etdirən İrina Bısova tərəfindən faqot ixtisası üzrə ustad dərsləri keçirilib.

AZƏRTAC xəbər verir ki, ustad dərslərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi və uşaq incəsənət məktəblərinin və Mədəniyyət Nazirliyinin tabeliyində olan Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri iştirak ediblər.

İ.Bısova ustad dərsi çərçivəsində faqotda ifa etməyin sirlərini bölüşərək, iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, yanvarın 26-da isə beynəlxalq müsabiqələr laureatı İrina Bısovanın Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fleyta ixtisası üzrə ustad dərsləri təşkil ediləcək.