Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

07 May 07:14Manşet / Şou-biznes

“Havhavhav”ı oxuyan reper həbs olundu

havhavhavi-oxuyan-reper-hebs-olundu

“Havhavhav” mahnısı ilə gündəm olan “Lvbel C5” ləqəbli reper Süleyman Burak Bodur həbs edilib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, ifaçı mahnılarında narkotiki təbliğ etməkdə ittiham olunub. 

İfadəsi alınan “Lvbel C5” məhkəmənin qərarı ilə həbs olunaraq Kandıra həbsxanasına göndərilib.

Reperin 5 ildən 10 ilə qədər həbs cəzası alması gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə və Azərbaycan seqmentində populyarlaşan “Havhavhav” mahnısının yayımdan çıxarılması tələb olunub. Şikayətə mahnının gənclərə pis nümunə olması səbəb göstərilib.

Əlavə edək ki, qalmaqallı mahnı çıxdığı 4 gün ərzində yutubda rekord sayda - 3.5 milyon izlənilib. Reper aylıq musiqi platformalarında 7 milyon dinləyiciyə çataraq Türkiyədə ən çox dinlənən sənətçi olub.