“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
BBC-nin məşhur siması uşaq pornosuna görə cəzalandırıldı
BBC xəbərin keçmiş aparıcısı Hyu Edvards uşaq pornoqrafiyası saxladığına görə altı aylıq şərti həbs cəzasına məhkum edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, bu qərarı Londonda Vestminster Məhkəməsinin hakimi qəbul edib.
Aleks Uilyams adlı pedofil ilk dəfə 2018-ci ildə instaqram vasitəsilə Edvards ilə əlaqə saxlayıb və o vaxtdan uşaqların nalayiq şəkillərini yaymaq və saxlamaqda təqsirli bilinib. Məhz həmin araşdırma zamanı Edvardsın bu məsələlərdə iştirakı üzə çıxıb.
Nəşrin məlumatına görə, Edvards 2020-ci ilin dekabrından 2021-ci ilin avqustuna qədər ona 41 porno şəkil göndərən Uilyamsa 2 min dollar ödəyib. Bu fotolardakı uşaqlardan birinin yaşı yeddi ilə doqquz arasında olub. Uilyamsın özünə 12 aylıq şərti həbs cəzası verilib.
Hakim Edvardsın ictimaiyyət və ya uşaqlar üçün risk yaratmadığını və dərhal həbs cəzasına ehtiyac olmadığını bildirirək onun reabilitasiya seansından keçməli olduğunu deyib.
Bundan əlavə, 63 yaşlı keçmiş aparıcının adı 7 il ərzində seksual cinayətkarların qeydiyyat siyahısında qalmalıdır.
Qeyd edək ki, 5 uşaq atası Edvards BBC-nin saat 10:00 xəbər bülletenlərində aparıcılıq edib, həmçinin II Elizabetin dəfn və III Çarlzın tacqoyma mərasimini işıqlandırıb.
Hyu Edvardsın məhkəməyə gəlişindən fotolar:

