Xəbər Lenti
7-05-2025, 07:37
DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım”
6-05-2025, 19:28
“Müəllimlər Müəllimlərə Mentorluq edir: Azərbaycan Pedaqoqlarının Gücləndirilməsi” layihəsi uğurla yekunlaşıb.
Luis Suaresdən yeni müqavilə
“İnter Mayami”nin hücumçusu Luis Suares komandası ilə müqavilə müddətini artırıb.
“Qafqazinfo” ABŞ klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun yeni sözləşməsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
Uruqvaylı oyunçu “İnter Mayami”yə 2024-cü ilin əvvəlində azad agent kimi qoşulub. O, bu klubun heyətində 37 matçda 25 qol vurub.
Suares daha öncə “Barselona”, “Liverpul”, “Atletiko” (Madrid) və “Ayaks” kimi klublarda çıxış edib.