Menu
Xəbər Lenti
Ceyhun Bayramov İraqa getdi
7-05-2025, 07:32

Ceyhun Bayramov İraqa getdi

Çaylarda sululuq artdı
5-05-2025, 08:24

Çaylarda sululuq artdı

Bu rayonlara dolu düşüb
4-05-2025, 09:27

Bu rayonlara dolu düşüb

19 Ara 06:32Manşet / Dünya

“İlk dəfədir ki, bir adamın kreslosundan yapışdığını görürəm”

ilk-defedir-ki-bir-adamin-kreslosundan-yapisdigini-gorurem

Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili Avropa Parlamenti qarşısında ölkədə baş verən aktual hadisələrlə bağlı çıxış edib.

“Qafqazinfo” “1TV.GE” telekanalına istinadən xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Zurabişvilinin bəyanatlarının absurd olduğunu deyib.

“İlk dəfədir ki, bir adamın öz kreslosundan necə yapışdığını görürəm. O, öz vəzifəsi ilə vidalaşmaq istəmir, ona görə də çox ağır emosional vəziyyətdədir”, - deyə Kobaxidze bildirib.

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.

Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı.