Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
“Beşiktaş” klubu Qurban Qurbanovla maraqlanır
Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.
Bildirilib ki, İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba komandanı düşdüyü durumdan 52 yaşlı mütəxəssisin çıxaracağına inanır.
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı səfər oyununu tribunadan izləyən Aybaba hesab edir ki, hazırkı baş məşqçi Fernandu Santuşdan sonra bu posta ən layiqli çalışdırıcı Qurbanovdur. Türkiyəli mütəxəssis eyni zamanda “Qarabağ”ın iki futbolçusu Juninyo və Abdullah Zubirin də çıxışını bəyənib. O, Ağdam təmsilçisinin üç üzvü ilə bağlı rəhbərliyə raport təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasında 30 turdan sonra 46 xalla dördüncü pillədə qərarlaşıb.
Mənbə: Oxu.az






















































