Xəbər Lenti
10-05-2025, 16:40
AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
10-05-2025, 15:27
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
10-05-2025, 13:32
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
10-05-2025, 13:19
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olundu
Xəbər verdiyimiz kimi, 29 avqust saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “ Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib.
Bildirilib ki, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.
Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilmiş və yanğın qısa müddət ərzində söndürülüb.
Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.