Menu
Xəbər Lenti
PKK özünü ləğv etdi
Bugün, 08:35

PKK özünü ləğv etdi

4 ölkənin lideri Kiyevdədir
10-05-2025, 08:54

4 ölkənin lideri Kiyevdədir

Neftimiz bahalaşdı
10-05-2025, 08:46

Neftimiz bahalaşdı

ŞƏHİDLİYƏ GEDƏN YOL...
8-05-2025, 19:58

ŞƏHİDLİYƏ GEDƏN YOL...

12 May 08:32Manşet / Dünya

Hindistan hava limanlarının işini bərpa etdi

hindistan-hava-limanlarinin-isini-berpa-etdi

Hindistan Pakistanla münasibətlərdə gərginlik fonunda bağladığı hava limanlarının işini bərpa edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “News18” telekanalı yayıb. 

Bildirilib ki, ölkənin 32 aeroportu yenidən açılıb.

Həmçinin qeyd olunub ki, bu gecə iki ölkə arasında təmas xəttində son günlər ərzində ilk dəfə insident qeydə alınmayıb. 

Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edərək ölkə ərazisinə zərbələr endirmişdi. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab vermişdi. Tərəflər bir neçə gün davam edən gərginlikdən sonra mayın 10-da atəşkəs barədə razılığa gəliblər.