Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Makron çətin durumda - İmpiçmenti ilə bağlı qətnaməyə baxılacaq
Sentyabrın 18-də Fransa Milli Assambleyası, parlamentin aşağı palatası, solçu “İtaətsiz Fransa” partiyasının təklif etdiyi prezident Emmanuel Makronun impiçmenti barədə qətnaməni müzakirə edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
Qətnamə Fransa Konstitusiyasının 68-ci maddəsinə əsaslanır və prezidentin vəzifələrini pozduğu halda onun ali postdan uzaqlaşdırılmasını nəzərdə tutur.
Sənədi “Yeni Xalq Cəbhəsi” blokundan 81 deputat, o cümlədən “Ram edilməz Fransa”nın 72 nümayəndəsi, həmçinin “Yaşıllar” və “Sol Demokratlar və Respublikaçılar” qrupunun bəzi deputatları dəstəkləyib.
.jpg)
Qətnamənin qəbulu barədə qərarı aşağı palatanın ən yüksək kollegial orqanı olan 22 üzvdən ibarət Büro verəcək. Qətnamə bu mərhələdən keçərsə, 73 deputatdan ibarət qanunvericilik komitəsində təsdiqlənməlidir. Sonra isə Milli Assambleyada üçdə ikilik səs çoxluğu (385 deputat) tələb olunacaq.
Analoji prosedurlar solların çoxluğa malik olmadığı Senatda da davam edəcək. Əgər Senat qətnaməni (232 səs) təsdiq edərsə, hər iki palata birgə iclasda toplanacaq. Qətnamənin keçməsi üçün ümumi iclasda 925 parlamentaridən 617-si onu dəstəkləməlidir.
Səsvermə uğurlu olarsa, prezident dərhal vəzifəsindən uzaqlaşdırılacaq.
Qeyd edək ki, bu ayın əvvəlində Parisin Bastiliya meydanında minlərlə etirazçı Makronun siyasətinə qarşı çıxıb və onun istefasını tələb edib.























































