Xəbər Lenti
Bugün, 09:08
Körpə Elvinin anası: “Ona nəsə olsa, mən yaşaya bilmərəm, yardımsevər şəxslərə yalvarıram”
Bugün, 08:55
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib
Dün, 16:32
Botanika İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub
15-04-2024, 11:04
Fədakar alim, xeyirxah insan, qayğıkeş ana, çox hörmətli akademikimiz Zərifə xanım Əliyevanı hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
15-04-2024, 09:44
Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb
15-04-2024, 09:39
KİV: “Beynəlxalq hava yolları İranın İsrailə hücumundan sonra xaos vəziyyətindədir”
15-04-2024, 08:48
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə ilkin dinləmələr keçiriləcək
Azərbaycanda “Vahid parklanma kartı”nın yaradılması təklif edilir
Azərbaycanda “Vahid parklanma kartı”nın yaradılması təklif edilir.
Bu məsələ barədə suaları cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu təklif yenilik kimi görünsə də, Bakı şəhərində vahid parklanma kartı kimi kartlar var. Xüsusən də yeraltı parkinqlərdə belə bir sistem tətbiq edilir.
"Qış Parkı və ya Azadlıq Meydanı yaxınlığında olan parkinqlərə yaxınlaşıb həmin ərazidə yaşamağınız və ya işləməyinizlə bağlı hər hansı bir sənəd təqdim etsəniz, sizə aylıq bir kart verirlər və o kart vasitasilə ödənişinizi günlük qiymətin üçdəbiri səviyyəsində edirsiniz. Ombudsman təklif edir ki, vahid bir kart tətbiq edilsin və bu kart hər yerdə keçərli olsun. Bunun özü parklanma ilə bağlı maraqlı bir faktordur. Əksər xarici ölkələrdə bu sistemdən istifadə olunur. Hər halda, Ombudsman Səbinə Əliyeva da bunu nəzərə alaraq belə bir təklif verib. İnnovativ yeniliklər hər zaman diqqət çəkir, maraq cəlb edir və bu barədə elə qərarlar qəbul etmək lazımdır ki, səhv olmasın. Sistem tətbiq ediləcəksə, bunu təkmil formada etmək lazımdır ki, sonra üstündən xətt çəkilməsin”, - deyə ekspert qeyd edib.