Menu
Xəbər Lenti
Ceyhun Bayramov İraqa getdi
7-05-2025, 07:32

Ceyhun Bayramov İraqa getdi

Çaylarda sululuq artdı
5-05-2025, 08:24

Çaylarda sululuq artdı

Bu rayonlara dolu düşüb
4-05-2025, 09:27

Bu rayonlara dolu düşüb

07 Ekm 15:52Manşet / Siyasət

“Dövlət orqanları Ombudsman Aparatının fəaliyyətinə lazımi qədər dəstək vermirlər”

“Dövlət orqanları Ombudsman Aparatının fəaliyyətinə lazımi qədər dəstək vermirlər”

“Dövlət orqanları Ombudsman Aparatından gələn müraciətlərə baxmırlar”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı deputat Fazil Mustafa bildirib.

“Ombudsmana yüzlərlə müraciət daxil olur, lakin bunların nəticəsi olmur. Ombudsman Aparatı bələdiyyələr kimi lazımsız quruma, təsisata çevrilib. Dövlət orqanları Ombudsman Aparatının fəaliyyətinə lazımi qədər dəstək vermirlər”, - deyə Fazil Mustafa qeyd edib.

O, Ombudsman haqqında “Konstitusiyaya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi qəbul olunduqdan sonra bu quruma münasibətin ciddiləşəcəyinə ümid etdiyini əlavə edib.

Qeyd edək ki, Azərbaycanda Ombudsman vəzifəsini Səbinə Əliyeva icra edir.