Masallı Meşə idarəsinin əməkdaşı Kəram Ağayev Qanunları saya salmır: ŞİKAYƏT/VİDEO-FOTOLAR
Birinci vitse-prezident Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib
216 saylı məktəbdə qalmaqal: Müəllim direktorun təzyiqinə məruz qaldığını iddia edir - ŞİKAYƏT/VİDEO
Gəncədə “Xoşbəxtliyin Qiyməti” – Qələbənin 5-ci ildönümünə həsr olunmuş təsirli teatr gecəsi
Əkrəm Babayev: “Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin şərəfi, şəhidlərimizin ruhu uğrunda idi”
“Səbail”in qol seriyası qırılıb, komanda rekordun bir addımlığında dayanıb
“Səbail” komandasının qol seriyası qırılıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, Azərbaycan Premyer Liqasında mövsümün ilk 13 oyununda meydanı qolsuz tərk etməyən “dənizçilər” “Kəpəz”in qapısına yol tapa bilməyiblər.
XIV turun matçı qolsuz heç-heçə ilə başa çatıb.
Bakılılar əvvəlki 13 görüşdə 22 qola imza atıblar. Paytaxt klubu mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb.
“Neftçi” 2018/19, “Zirə” 2021/22, “Qarabağ” 2022/23 mövsümündə ilk 13 görüşü qol vurmadan tərk etməyib.
Ölkə çempionatlarının 31 illik tarixində yalnız iki komanda daha uzun seriyaya malik olub. “Kəpəz” 1993/94, “Neftçi” 2000/01 mövsümlərində startda ardıcıl 14 oyunda qol sevinci yaşayıb. Tarixin 3-cü nəticəsinə şərik olan “Səbail” bu rekordun bir addımlığında dayanıb.





















































