Xəbər Lenti
13-10-2026, 14:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 10:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
10-10-2026, 11:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləməyib
Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Komissiyası “Ayakve” mülki təşəbbüsü çərçivəsində irəli sürülən qanun layihəsi ilə ölkənin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərin əleyhinə səs verib.
Ermənistan mediası xəbər verir ki, dəyişikliklər Qarabağın öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tuturdu.
Layihəni Milli Assambleyanın müvafiq komissiyasına “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan təqdim edib. Lakin komissiya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləməyib.
Komissiyanın üç üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin qəbulunun lehinə, yeddisi isə (hakim “Mülki müqavilə” fraksiyasından olan parlamentarilər) əleyhinə səs verib.























































