“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
TARİXİ FUTBOL MATÇI
“Xezertv.info” xəbər verir ki, 21 dekabrın Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və MOİK komandaları arasında tarixi oyun keşirilib.
Bu tarixi futbol matçını Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid övladları ilə birgə izləyiblər. Matçın başlaması üçün topa simvolik olaraq ilk zərbəni Ali Baş Komandan endirir.
Keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazilərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib.
“Azərsun Holdinq”in yüksək səviyyədə təşkilatçılığı ilə “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin bir qrup qazisi də bu tarixi futbol oynunu izləyiblər. Qazilərə “Azərsun Holdinq”in xüsusi hədiyyələri təqdim olunub.
Xankəndi stadionunda yaradılmış bayram əhval-ruhiyyəsi, hər bir tablo, reklamlar, konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Oyun 1-0 hesabı ilə Qarabağ FK-nın qələbəsi ilə başa çatdı.
Fərid Səfərov
AJB-nin üzvü