“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Prezident İlham Əliyev fevralda keçiriləcək növbədənkənar seçkini şərtləndirən əsas amilləri açıqlayıb
Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib.
O qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir.
Dövlətimizin başçısı digər səbəbi isə bu cür izah edib:
“Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.