Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
“WhatsApp+” işlədənlərə güclü haker hücumu təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda “WhatsApp” profillərinə kütləvi şəkildə haker hücumu olub. Xüsusən, “WhatsApp+” istifadəçilərinə məxsus profillərin ələ keçirildiyi deyilir.
Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bəzi vətəndaşlar bu gün səhər saatlarından etibarən mağazalarda bank kartları ilə ödəniş edə bilmədiklərini deyirlər.
Texnobloqer Fərid Pərdəşünas da “Facebook” hesabında analoji problemin yaşanması, “WhatsApp+” profillərinə kütləvi hücumun olması ilə bağlı paylaşım edib. O, sözügedən tətbiqin istifadəçilərinin ələ keçirilən profillər üzərindən bank hesablarına girildiyi və hesablardakı məbləğlərin çıxarıldığını iddia edib: “Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir”.
Onun sözlərinə görə, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir.
Yaranmış problemlə əlaqədar Qafqazinfo Elektron Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb. Qurum vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırır:
“Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “WhatsApp+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan və etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.
Həmçinin müşahidələr göstərir ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək üçün istifadə edir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallara diqqətlə yanaşmağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən verilən icazələri nəzərdən keçirməyi tövsiyə edir”.